Elm və Təhsil naziri Emin Əmirullayev özünün Facebook səhifəsində Son Zənglə bağlı paylaşım edib:
1xeber.media paylaşımı təqdim edir:
Əziz məzunlar!
Bu gün sizin həyatınızda yeni bir mərhələnin başlanğıcıdır – xatirələrlə dolu məktəb illərinə vida edərək məsuliyyətli və arzularla zəngin bir yola qədəm qoyursunuz.
“Son zəng” münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlar, qazandığınız dəyərlər sizi uğur zirvələrinə aparacaq.