Вернуться назад Распечатать

Kürdəmirdə ağır qəza: bacı və qardaş xəsarət aldı - Foto

 Kürdəmirdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

1xeber.media xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Cölərəb kəndindən keçən hissəsində baş verib.


Belə ki, "Niva" və KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü Sevinc Ceyhun qızı Abışova və onun qardaşı, 2001-ci il təvəllüdlü Ağanur Ceyhun oğlu Abışov xəsarət alıblar.


Qəzada zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Hadisə ilə bağlı TƏBİB də məlumat yayıb. Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Belə ki, onlardan 2010-cu il təvəllüdlü (qadın cinsli) şəxsə boyundan aşağı hissiyyatsızlıq, 2001-ci təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki qolun sıyrıqları diaqnozu təyin edilib.


Hazırda hər iki şəxsin müalicəsi tibb müəssisində davam etdirilir. 2010-cu il təvəllüdlü şəxsin vəziyyəti ağır, 2001-ci il təvəllüdlü şəxsin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.


2010-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.