Вернуться назад Распечатать

İraq ABŞ-dan İsrailə hava məkanından istifadəni qadağan etməyi tələb edir

İraq hökuməti ABŞ-dan tələb edib ki, İsrailin İrana zərbələr endirmək üçün hava məkanından istifadəsini qadağan etsin.

1xeber.media xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin sözçüsü Sabah əl-Naaman bildirib.

Bəyanatda deyilir: "İraq hökuməti həmçinin ABŞ-ı sionist qurumun təyyarələrinin İraqın hava məkanını pozmasının və hücumlar etməsinin qarşısını almağa  öhdəlik götürməyə çağırır".

İyunun 13-də İsrail İrandakı nüvə obyektlərinə hücum edib və həmçinin ölkədəki əsas nüvə alimlərinin məhv edildiyini bəyan edib. İran buna cavab olaraq Təl-Əvivə ballistik raket zərbələri endirib. İsrail hakimiyyəti İrana hücuma səbəb kimi İranın nüvə silahı inkişaf etdirməsini göstərib.