Вернуться назад Распечатать

SON DƏQİQƏ-Daha bir ölkə İran-İsrail müharibəsinə cəlb edildi – RƏSMİ

İsrail ordusunun sözçüsü Efi Defrin Yəmənin paytaxtı Sənaya zərbə endirilməsi ilə bağlı məlumatı təsdiqləyib.

1xeber.media xəbər verir ki bununla da, Yaxın Şərqdə münaqişənin coğrafiyası genişlənib.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr ölkə ərazisindən 2 min kilometrdən çox məsafədən uçaraq Yəmənin Səna şəhərinə zərbələr endirib. Müharibə eyni zamanda bir çox cəbhədə davam edir”, – E.Defrin bildirib.

Qeyd edək ki, iyunun 13-də hərbi əməliyyat başlayandan İsrail İranda 250-dən çox hədəfə hücum edib.

Defrinin sözlərinə görə, təkcə iyunun 15-nə keçən gecə İran və Yəməndən 60 raket və pilotsuz təyyarə buraxılıb.