Aparıcı İlqar Mikayıloğlu Əməkdar artist Lalə Məmmədova ilə bağlı etirafı diqqət çəkib. Mikayıloğlu verilişinə qonaq olan Laləyə sevgi etirafı edib.
"Sizi sevmişəm" deyən aparıcıya müğənni "Təəccüblənmədim. Elə etiraflar eşitmişəm ki... Yəqin platonik sevgi olub" cavabını verib.
Mikayıloğlu bu sevginin platonik olmadığını da söyləyib.
Qeyd edək ki, İ.Mikayıloğlu aparıcı, vəkil Zülfiyyə Bayramova ilə ailəlidir.