Вернуться назад Распечатать

İsrail ordusunun əməliyyatı İranın nüvə və raket proqramlarını məhv etmək məqsədi daşıyır

İsrailin İrana qarşı əməliyyatı Tehranın nüvə və raket proqramlarını aradan qaldırmağa yönəlib.

1xeber.media xəbər verir ki, bunu iyunun 16-da İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“İsrailin İrana qarşı əməliyyatda məqsədləri Tehranın nüvə və raket proqramlarını aradan qaldırmaq, həmçinin “terror oxunu” məhv etməkdir.