İsrailin baş naziri Benyamin Netanyahu ölkənin İranla bağlı hədəflərini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
“Biz nəticə görmək istəyirik və bu, üç şey deməkdir: İranın nüvə proqramının məhv edilməsi, [İranın] ballistik raketlər istehsal etmək imkanından məhrum edilməsi və “terror oxunun” aradan qaldırılması”, - deyə siyasətçi bildirib.
“Terror oxu” və ya “müqavimət oxu” İranın rəhbərlik etdiyi qeyri-rəsmi anti-İsrail koalisiyasıdır. Tehranın özündən əlavə, bura Livanın şiə təşkilatı Hizbullah, Yəmən Husiləri və Fələstinin HƏMAS hərəkatı daxildir.