İranın hava hücumundan müdafiə sistemləri Təbriz səmasında İsrailin F-35 qırıcısını vurub.
1xeber.media xəbər verir ki, bu barədə bazar ertəsi, iyunun 16-da Tasnim agentliyi öz Telegram kanalında məlumat yayıb.
Nəşr yazır: “Sionist rejimə məxsus müasir F-35 qırıcısı Təbriz səmasında məhv edilib.
İlkin məlumata görə, təyyarə hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilib və dəqiq raket atəşi ilə vurulub. İran tərəfi uğurlu əməliyyatın təfərrüatlarını daha sonra dərc edəcəyinə söz verir.