Вернуться назад Распечатать

Merz Rusiyanın dondurulmuş aktivlərindən danışıb

G7 ölkələri Kanadada keçiriləcək sammitdə dondurulmuş Rusiya aktivləri məsələsini müzakirə etmək niyyətində deyillər.

1xeber.media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

"Bu dondurulmuş aktivlər mövzusu əvvəlki G7 sammitində də rol oynayıb, bununla bağlı bəyanat var idi. Bu dəfə bundan uzağa getməyəcək", - o deyib.

Onun sözlərinə görə, G7 ölkələri Ukraynadakı münaqişə ətrafında vəziyyəti nəzərdən keçirməyi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını öyrənməyi planlaşdırır. Merz həmçinin ABŞ prezidenti Donald Trampdan sanksiyaları dəstəkləməsini istəyib və əlavə edib ki, Vaşinqton hazırda yalnız ABŞ-ın keçmiş prezidenti Co Baydenin tətbiq etdiyi məhdudiyyətlərə əməl edir.