1xeber.media xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan bildirib ki, İsrail İrana hücum etməklə öz gələcəyini təhlükə altına alır və səhvini çox gec dərk edə bilər.
Dəmirörən xəbər agentliyinin verdiyi məlumata görə, o, Türkiyə Nazirlər Kabinetinin iclasından sonra deyib: "Qərbin qeyri-məhdud dəstəyi ilə İrana hücum edən, Qəzzanı dağıdan və bütün region ölkələrini qorxudan İsrail nə etdiyini dərk etmir. Ola bilsin ki, gələcəkdə öz səhvini başa düşəcək, amma qorxuruq ki, o zaman çox gec olacaq".
Ərdoğanın sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücumlarının genişmiqyaslı və məkrli məqsədləri var. O, Türkiyənin lap əvvəldən danışıqlar masası arxasında İslam Respublikasının nüvə proqramı ilə bağlı müzakirələrin aparılmasının tərəfdarı olduğunu vurğulayıb və tərəfləri məsələni sülh yolu ilə həll etməyə çağırıb.