Вернуться назад Распечатать

İsraildən İrana “sürpriz” elanı -VİDEO

“İsrail İrana qarşı xüsusi əməliyyat  hazırlayır, bu elə bir əməliyyat olacaq ki, 2024-cü ildə Livan “Hizbullah“ına qarşı həyata keçirilən “peycer əməliyyatı” onun yanında toya getməli olacaq”.

1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, bu açıqlamanı “Merit TV”yə İsrailin ABŞ -dəki səfiri Yexiel Leiter verib.

O qeyd edib ki, İsrail  rəqibinə sürprizlər hazırlayıb və iyunun 19-20-də bu plan icra edilə bilər.

Xatırladaq ki, ötən ilin sentyabrın 17-də və 18-də bütün Livan boyunca, o cümlədən Beyrutun cənub ətrafında kütləvi şəkildə peycer partlayışları baş verib. Partlayan rabitə cihazları “Hizbullah” hərəkatının üzvlərinə məxsus olub. Hadisə nəticəsində onlarla insan həlak olub, İranın Livandakı səfiri Müctəba Əmani də daxil olmaqla dörd minə yaxın insan yaralanıb.