Вернуться назад Распечатать

“SEPAH bank”ın məlumatları məhv edildi-VİDEO

İsraillə əlaqəli olduğu iddia edilən “Gonceşke Darande” (“yırtıcı sərçə”) adlı haker qrupu  İranın “Sepah Bank”ına qarşı genişmiqyaslı kiber hücum  həyata keçirib. 

1xeber.media  xəbər verir ki, qrup bu barədə “X” sosial şəbəkəsində paylaşım  edib.

“Sepah Bank” beynəlxalq sanksiyalardan yayınaraq İran  xalqının pullarını terror  nümayəndələrini, ballistik raket  proqramını və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi. Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik”, – deyə paylaşımda vurğulanır.