Вернуться назад Распечатать

Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşdü

İyunun 17-də Azərbyacan Respublikasının Baş prokuroru amran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə  Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş  keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokurorluğu məlumat yayıb.

Qonağı salamlayan Baş prokuror Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipinə əsaslanan iki qardaş ölkə  arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, Azərbaycan və Türkiyə prezidentləri – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan siyasi iradəsi nəticəsində bu əlaqələrin dünyada bənzəri olmayan səviyyəyə yüksəldiyini bildirib.

Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunduğunu qeyd edərək, bu istiqamətdə qəbul olunmuş dövlət proqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasını təşkil etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlif illərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmiş çoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoq ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəki xidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan  Prokurorluğunun 100 illiyi yubiley medalı ilə təltif edib.