İsrail bizim hamımız üçün çirkli işləri görür və mən İsrail ordusu və hökumətinin bunu etməyə cəsarət göstərməsinə böyük hörmətlə yanaşıram.
1xeber.media xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz G7 sammiti çərçivəsində ZDF telekanalına müsahibəsində deyib.
“Əks halda biz bu rejimin terrorunu aylar və illərlə, sonra isə bəlkə də əlində nüvə silahı ilə görərdik”, - o qeyd edib.