Вернуться назад Распечатать

Fərhad Yalquzaq emalatxanasında ölü tapıldı

 

Tanınmış rəssam Fərhad Yalquzaq vəfat edib.

1xeber.media  xəbər verir ki, bu barədə Teleqraf-a rəssam Pəri Miniatür məlumat verib.

O bildirib ki, 52 yaşlı rəssamın nəşi emalatxanada aşkarlanıb:

"Xəstə deyildi. Ölüm səbəbi bilinmir. Bu gün saat 11-də morqdan götürüləcək və Zabrat qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq", - Pəri Miniatür bildirib.