Вернуться назад Распечатать

İsrail ordusu əməliyyat başlayandan bəri 1100 İran hədəfinə hücum etdiyini bildirir

1xeber.media xəbər verir ki, İsrail ordusunun sözçüsü briqada generalı Effie Defrin iyunun 18-də keçirdiyi mətbuat konfransında bildirib ki, İsrail əməliyyat başlayandan bəri 1100 İran hədəfinə hücum edib.

“İsrail Hərbi Hava Qüvvələri 1100-dən çox İran hədəfinə zərbə endirib”, - deyə Defrin bildirib.

İsrail ordusunun sözçüsü əlavə edib ki, İsrail “nüvə təhlükəsini zərərsizləşdirmək” üçün sistemli şəkildə çalışır.