Rusiya prezidenti Vladimir Putin BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefonda Yaxın Şərqdəki mövcud vəziyyəti və İran və İsrail arasında gərginləşən münaqişəni müzakirə edib.
1xeber.media xəbər verir ki,bu barədə Kremlin Teleqram kanalında məlumat yayılıb.
“Tərəflər Yaxın Şərqdə kəskin şəkildə gərginləşən vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və İran və İsrail arasında münaqişənin bütün region ölkələri üçün mənfi nəticələrə səbəb olan gərginləşməsindən dərin narahat olduqlarını bildiriblər Hərbi əməliyyatların tezliklə dayandırılmasının və mübahisəli məsələlərin həlli üçün diplomatik səylərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb”, - nəşr yazır.