Вернуться назад Распечатать

İrana qurudan müdaxilə hazırlanır...

“Biz İranda beynəlxalq çevrilişin ola biləcəyindən çox nigaranıq. İsrail deyir ki, İranın daxilində Təbrizdən, Şərqi Azərbaycandan Tehrana qədər hava nəzarəti mənim əlimdədir”.

Bu sözləri Globalinfo.az-a güneyli hüquq müdafiəçisi, siyasi şərhçi Saleh Kamrani deyib.

O bildirib ki, İraqdakı kürd terrorçu  qruplar hazır vəziyyətdə gözləyir:

“Biz qorxuruq ki, onlar paytaxtı ələ keçirələr və hazırladıqları kürd qrupları, mücahidləri və ya hətta şahçıları, yaxud üçünün vasitəsilə  Tehrana nəzarəti ələ keçirib, millətlər, xüsusilə türklər əleyhinə çevriliş edələr. Və sonra burada müvəqqəti hökumət qurmaq haqları olduğunu iddia edərlər və eynilə İran  rejiminin azərbaycanlılara qarşı siyasətini yürüdərlər. Bu, çox böyük təhlükədir. Bunun qarşısını almaq üçün güney azərbaycanlıların və Azərbaycanla Türkiyənin üzərinə böyük iş düşür. Biz istəyirik ki, rejim həm dəyişsin, həm də azərbaycanlı türklərin hüquqları bərpa olunsun.

Azərbaycan türkləri İranda çoxluq təşkil etdiyi üçün yaranan hər hansı yeni sistemdə hakim partiya  olmaq potensialına malik xalq və cərəyandır. Ona görə biz belə dəyişikliyin tərəfdarıyıq və bunun əleyhinə çevriliş olacaqsa, əlbəttə ki, nigaran olmaq və qarşısını almaq lazımdır”.

İsraillə İran  arasında davam edən gərginlik fonunda İran  kürdləri hakimiyyətə qarşı savaş açmaq niyyətində olduqlarını bəyan ediblər. Bu barədə ictimai-siyasi ekspert Qriqori Tamar məlumat yayıb.