Вернуться назад Распечатать

İran İsrailə qarşı ilk dəfə"Səccil" raketindən istifadə etdi

 Tehran ilk dəfə döyüş şəraitində orta mənzilli iki mərhələli "Səccil" tipli ballistik raketindən istifadə edib.


APA xəbər verir ki, bu barədə "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.


Qeyd olunur ki, İran İsrail ərazisinə bu tip üç raket atıb.


SEPAH-ın açıqlamasına əsasən əvvəlki bir neçə əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib.

Məlumata görə, "Səccil” raketi 2008-ci ildə sınaqdan keçirilən, maksimum 2000 kilometr məsafəyə malik iki mərhələli ballistik raketdir.