Вернуться назад Распечатать

Ukrayna üzrə danışıqların dərhal davam etdirilməsinə ehtiyac var - Szijarto

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar dərhal başlamalıdır.

1xeber.media xəbər verir ki, bunu iyunun 19-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2025) kuluarlarında Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib.

"Mən hesab edirəm ki, sülh danışıqları dərhal başlamalıdır. Sülh danışıqları zamanı isə düşünürəm ki, çox müxtəlif məsələlər gündəmdə olacaq", - o, RİA Novosti-yə müsahibəsində deyib.

Szijarto həmçinin hesab edir ki, sülh danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir. O qeyd edib ki, Rusiya dəfələrlə Ukrayna ilə dialoqu davam etdirməyə hazır olduğundan danışıb.