Вернуться назад Распечатать

Əliyevlə Ərdoğanın görüşü: pərdəarxasında nə var?

 

Türiyə  Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev  bu gün – iyunun 19-da Ankaraya səfər edəcək.

Onun sözlərinə görə, səfər zamanı Prezident İlham Əliyevin vəPrezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2023-cü ilin fevralında ölkəmizdə baş vermiş zəlzələdən sonra Qəhrəmanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsinin açılışı keçiriləcək.

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Prezidentin Türkiyəyə səfərinin əsas məqsədi məhz “Azərbaycan” məhəlləsinin açılışını həyata keçirməkdir:

“Bu kimi səfərlər tez-tez baş verir və xüsusi bir yenilik və ya siyasi mesaj daşıma ehtimalı azdır. Tərəflər sonuncu dəfə may ayında Laçında görüşərək hava limanının açılışını etmişdilər. Ümumilikdə isə bu tip görüşlər hər 3-6 ayda bir keçirilir.

Hazırda regionda çətin geosiyasi vəziyyət mövcuddur və buna görə də tərəflərin müntəzəm fikir mübadiləsi aparması zəruridir. Yəni intensiv görüşlər həm də bu ehtiyacdan irəli gəlir. Prezidentin Türkiyə  səfərində yeni bir sənədin imzalanması ehtimalı azdır”.

Politoloq qeyd edib ki, Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsi Bakının Ankaraya növbəti önəmli töhfəsidir.