Вернуться назад Распечатать

Tramp İrana zərbələrin endirilməsini təsdiqləyib

İyunun 17-də Amerika prezidenti Donald Tramp ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirmə planlarını təsdiqləyib.

1xeber.media xəbər verir ki, bu barədə mənbələrə istinadən CBS News məlumat yayıb.

"O, seçimin o qədər də böyük olmadığına inanır" dedi Trampa yaxın mənbə.

Telekanalın mənbəsinin sözlərinə görə, Ağ Ev əmindir ki, İsrailin “işini bitirmək” yalnız Fordodakı nüvə obyektinin dağıdılmasından sonra mümkün olacaq. Lakin ABŞ rəhbəri zərbələrlə bağlı hələlik yekun qərar verməyib.

Daha əvvəl “The Economist”in “yüksək rütbəli mənbələri” İsrailin İrana hücum etdiyini, çünki Tehranın nüvə silahı yaratmaq istəyinin “geri dönüş nöqtəsini” göstərən kəşfiyyat məlumatları əldə etdiyini bildirmişdi.