Вернуться назад Распечатать

Tramp NATO sammitinin kommünikesində Ukraynanın adının minimuma endirilməsini istəyir

1xeber.media  mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO sammitinin yekun kommünikesində Ukraynanın adının minimuma endirilməsinə çalışır.

“Sammit kommünikesinin hazırkı layihəsində Ukraynanın müdafiə qabiliyyətinə dair yalnız bir üstüörtülü istinad var və Kiyevə geniş dəstək ifadəsi yoxdur”, - kommünike layihəsi ilə tanış olan Avropa rəsmisi nəşrə bildirib.