İsrail İranın raket buraxılış qurğularının yarıdan çoxunu məhv edib.
1xeber.media xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu "Kan" televiziyasına müsahibəsində deyib.
"Biz İranın buraxılış sistemlərini vururuq. Onların nə qədər raketinin olması o qədər də önəmli deyil. Vacib olan onların nə qədər buraxılış qurğusuna sahib olmasıdır - və biz artıq ora çatırıq. Düşünürəm ki, biz onlarda olan buraxılış qurğularının yarısını artıq sıradan çıxarmışıq", - deyə baş nazir müvafiq suala cavabında bildirib.
Qeyd edək ki, dünən İsrail ordusu buraxılış qurğularının təxminən 40%-ni məhv etdiyi barədə məlumat yaymışdı.