Вернуться назад Распечатать

İranda hökumət devrilsə, bütün ölkə dağılacaq - Orban

Hazırkı hökumətin İranda devrilməsi təkcə bu ölkədə deyil, bütün Yaxın Şərq regionunda sabitliyin pozulmasına səbəb ola bilər.

1xeber.media  xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

“Əgər İranın mərkəzi hökuməti dağılsa, bütün ölkə dağılacaq və bu, sabitliyin pozulmasına gətirib çıxaracaq. Belə bir halda münaqişə bütün regiona yayılacaq və bu ssenarinin qarşısı alınmalıdır”, – Orban bildirib.

Baş nazir əlavə edib ki, nə Macarıstan, nə də digər ölkələr hadisələrin bu cür inkişafında maraqlıdır, çünki bu, dünya bazarlarında neft və qazın qiymətində kəskin artıma səbəb olacaq.