Вернуться назад Распечатать

DTX-dən Qaxda əməliyyat - bu məmurlar da saxlanıldı - YENİLƏNDİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.
Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.
Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
***
DTX-nin Qax rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılanların kimliyi məlum olub.
 
1xeber.media xəbər verir ki, əməliyyat zamanı icra başçısı Musa Şəkiliyev ilə yanaşı, onun birinci müavini Elbrus Tağıyev və Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov da saxlanılıb.
Hazırda onlar Bakıya gətirilirlər.
Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.
İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.
 
***
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
1xeber.mediaxəbər verir ki, icra başçısı korrupsiya əməllərində şübhəli bilinir.,
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Hazırda onlar Bakıya gətirilir.
 
***
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
1xeber.media xəbər verir ki, News24.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.