Вернуться назад Распечатать

İran Hayfanı raketlə vurdu – Daxili İşlər Nazirliyinin binası hədəf seçildi - VİDEO

1xeber.media xəbər verir ki, İran bu gün səhər saatlarında İsrailin Hayfa şəhərinə ballistik raket zərbəsi endirib. Hədəf İsrail Daxili İşlər Nazirliyinin binası olub.

 Paylaşılan görüntülərdə Hayfa səmasında nəhəng tüstü buludu görünür. Sosial şəbəkələrdə yayılan fotolar və peyk görüntüləri partlayışın dəqiq yerini – “Zahir Umar Məscidi”nin yaxınlığındakı inzibati kompleksin vurulduğunu təsdiqləyir.

 İlkin məlumatlara görə, bir neçə nəfər yaralanıb, binalara və infrastruktura ciddi ziyan dəyib.

 Ekspertlər hücumu İranın İsrailin şimaldakı strateji obyektlərinə açıq mesajı kimi dəyərləndirir.

Ən son məlumatda deyilir ki, İranın ballistik raketi İsraildə məktəbə düşüb.