Вернуться назад Распечатать

Ərdoğan Paşinyanla nələri müzakirə edib?

Ermənistanın Baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.

1xeber.media xəbər verir ki, bu barədə erməni baş nazir X səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafı və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.

Qeyd edək ki, tərəflər arasında görüş yekunlaşıb.