Rusiyanın Kamensk-Uralski şəhərində bu səhər sakinlər qeyri-adi təbiət hadisəsinə şahid olublar. Belə ki, şəhər çəhrayı rəngə boyanıb.
Bu haqda UrFU rəsədxanasının astronomu Vladilen Sanakoyev “E1.RU”ya danışıb.
“Təxminən 15 il əvvəl Yekaterinburqda belə bir çəhrayı səhər olmuşdu. Sonra dedim ki, bu, günəş işığının sanki işıq bələdçisi vasitəsilə bizə yönəldiyi isti hava kütlələri ilə bağlıdır. Bu cür təsirlər tez-tez Arktika bölgələrində müşahidə olunur”, - o qeyd edib.