Вернуться назад Распечатать

Tramp İrana nüvə sazişi üçün maksimum vaxt verib

ABŞ İrana nüvə proqramı ilə bağlı saziş bağlamaq üçün maksimum iki həftə vaxt verməyə hazırdır.

1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Bu müddətin necə olacağını görəcəyik, amma mən onlara vaxt verirəm və deyərdim ki, maksimum iki həftədir".

Bundan əvvəl Tramp iki həftə ərzində İrana zərbələr endirilməsi ilə bağlı qərar verəcəyini bildirmişdi. Prezident izah edib ki, o, dərhal qərar qəbul etmək istəmir, çünki “İranla yaxın gələcəkdə baş tuta biləcək danışıqların böyük ehtimalı var”.