Вернуться назад Распечатать

İsrail İranın elit qüvvələrinə zərbələr endirib

İsrail İranın Xürrəmabad şəhərinə zərbə endirib, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) 5 əməkdaşını öldürüb.

1xeber.media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

"İsrailin zərbəsi nəticəsində bu gün səhər saatlarında Lorestan əyalətinin Xorramabad şəhərində SEPAH-nın 5 üzvü öldürülüb. Onlar Səccad Madhani, Həmid Ağai, Səməd Lorestani, Abbas Şərəfi və Əlirza Sabzipurdur", - agentlik xəbər verir.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançılarının Missuri ştatındakı bazadan havaya qalxdığı məlum olub. Qeyd olunur ki, bunlar İranın Fordo nüvə obyektini vurmaq üçün lazım olan təyyarələrdir.

İyunun 19-da  ABŞ prezidenti Donald Tramp İranın ən qısa müddətdə nüvə silahına sahib olmasının qarşısını almaq üçün Fordodakı obyektə zərbə endirməyə meyllidir.