Вернуться назад Распечатать

İran danışıqlara tam hazır olduğunu bildirib

1xeber.media “Anadolu”-ya istinadən xəbər verir ki, İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib ki, İran nüvə sazişini və onunla bağlı yaranan mübahisələri diplomatik vasitələrlə müzakirə etməyə “tamamilə” hazırdır, lakin bu, İsrailin təcavüzünə son qoymağı tələb edir.

"Diplomatiya keçmişdə işləyib və gələcəkdə münaqişənin həlli yolu ola bilər. Lakin İsrail dayandırılmalıdır ki, danışıqlara qayıda bilək. Biz 2015-ci ildə olduğu kimi, mübahisələri diplomatik yollarla həll etməyə tamamilə hazırıq", - nazir qeyd edib.

Əraqçi qeyd edib ki, İsrail “açıq şəkildə diplomatiyaya qarşıdır” və bu, vəziyyəti sülh yolu ilə həll etməyi son dərəcə çətinləşdirir.

İyunun 19-da məlum olub ki, Əraqçı İsraillə münaqişə başlayandan bəri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla bir neçə dəfə birbaşa telefon danışığı aparıb. Mənbələrin məlumatına görə, diplomat bildirib ki, İsrail hücumlarını dayandırmayınca Tehran danışıqlara qayıtmayacaq.