Xəbər verdiyimiz ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. İlkin məlumatlara görə, əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb. İcra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır. Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.
Rəsul Şəkiliyev əvvəllər dövlət strukturlarında çalışıb, daha sonra biznes fəaliyyətinə keçib. O, bir neçə il əvvəl bahalı günəş eynəyi ilə gündəmə gəlmişdi – həmin eynəyin qiymətinin bir müharibə veteranının 4,5 illik pensiyasına bərabər olduğu bildirilmişdi.
Əvvəldən biznesmen kimi özünü tanıtmaq istəyən Orxan Şəkiliyev də böyük iş adamı kimi tanınır. Onun da Bakının bir sıra rayonlarında kafe və restoran şəbəkələri var, həmçinin Qaxda mebel istehsalı ilə məşğul olduğu deyilir. 

