Almaniya Xarici İşlər Nazirliyi İrandakı səfirliyini və əməkdaşlarını müvəqqəti olaraq qonşu ölkəyə köçürüb.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən “Tagesschau” qəzeti yazıb.
Bildirilir ki, Berlinin Tehrandakı səfirliyi hələ də uzaqdan və gecə-gündüz işləyir ki, İranda qalan almanlar istənilən vaxt onunla əlaqə saxlaya bilsinlər.
Lakin diplomatik heyətin hansı ölkəyə köçürüldüyü açıqlanmır.