Вернуться назад Распечатать

ABŞ-ın "Bunker Busters" bombardmançıları İrana qarşı...

ABŞ-ın "Bunker Busters" bombardmançıları hava bazalarını artıq tərk edib.

1xeber.media əlumatı "NBC News" və "Reuters" agentliyi yayıb.

Məlumata görə, Pentaqon NBC News və Reuters-ə açıqlamasında təsdiqləyib ki, bir neçə B-2A Spirit uzaqmənzilli gizli bombardmançı təyyarəsi dünən gecə Missuri ştatındakı Uaytman Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb və Sakit Okeanın qərbində yerləşən Quam adasına yollanıb. Təyyarələr İrana zərbə endirə bilərlər. 

Xəbərdə o da vurğulanır ki, Trampın ABŞ-ın İran-İsrail münaqişəsində iştirakı ilə bağlı qərarı hələ də açıqlanmayıb.