İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.
1xeber.media xəbər verir ki, indi qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.
Xatırladaq ki, bundan əvvəl İranın Müdafiə Nazirliyi boğazın bağlana biləcəyini açıqlayıb.
Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Qlobal neft tədarükünün təxminən 20%-i, gündə təxminən 17-18 milyon barrel neft bu boğazdan keçir. Boğazın cənubunda Oman və BƏƏ yerləşir.