Milli Məclisin deputatı Sahib Alıyevin atası vəfat edib.
1xeber.media xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim Sahib Alıyev ailə itkisi ilə üzləşib. Deputatın atası dünyasını dəyişib.
Qeyd edək ki, Sahib Alıyev 2010-cu ildən etibarən Milli Məclisin deputatıdır. O, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.