Вернуться назад Распечатать

Təl-Əvivdən mesaj: “Xameneyi atəşi dayandırmaq istəsə..."

1xeber.media xəbər verir ki, İsrail rəsmiləri “Yedioth Ahronoth” qəzetinə verdikləri müsahibədə İranla artan gərginlik fonunda atəşkəsə hazır olduqlarını bəyan ediblər.

"Biz sabah belə atəşi dayandırmağa razı olarıq – yetər ki, Xameneyi bunu istədiyini bəyan etsin. Biz İranla tükəndirici müharibə istəmirik. Lakin İranın danışıqlara razı olma ehtimalı çox aşağıdır, əgər ümumiyyətlə belə bir ehtimal varsa", – deyə İsrail rəsmiləri vurğulayıblar.

musavat.com