Вернуться назад Распечатать

SEPAH-dan bəyanat: Düşmənlərə xəbərdarlıq edirik, döyüş bitdi

 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Bəşarat əl-Fəth” hərbi əməliyyatının başa çatdığını elan edib.

Bununla bağlı SEPAH rəsmi bəyanat yayıb.

Bildirilir ki, Qətərdəki Əl-Üdeyd aviabazasına güclü və dağıdıcı raket zərbəsi endirilib:

"Biz İranının düşmənlərinə xəbərdarlıq edirik - döyüş bitdi".

ABŞ-ın İrana zərbələrinə cavab olaraq, Tehran Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirib.