Вернуться назад Распечатать

Pentaqon İranın Qətərdəki ABŞ bazasına hücumunu təsdiqləyib

Pentaqon İranın Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına yaxın və orta mənzilli raketlərlə hücum etdiyini təsdiqləyib.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi bildirib.

"Mən təsdiq edə bilərəm ki, Əl-Udeyd Hərbi Hava Bazasına bu gün İrandan atılan qısa və orta mənzilli ballistik raketlərlə hücum edilib. Hazırda ABŞ tərəfindən itkilər barədə məlumat yoxdur", - rəsmi vurğulayıb.

Bundan əvvəl məlum olub ki, İran “Qələbə xeyir-duası” əməliyyatı çərçivəsində ABŞ-ın Qətərdəki hərbi bazaları istiqamətində ən azı altı raket atıb. Zərbə ABŞ-ın İslam Respublikasının nüvə infrastrukturuna hücumuna cavab idi.