İranın müdafiə naziri Əmir Nəsirzadə rusiyalı həmkarı Andrey Belousov ilə telefon danışığı aparıb.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 23-də “Nournews” agentliyi öz Telegram kanalında məlumat yayıb.
"Bizim qərarımız təcavüzkarı bütün mümkün vasitələrlə cəzalandırmaqdır və biz tətbiq edilmiş sülhü qəbul etmirik", - İranlı nazir bəyanatında bildirib.
Nəsirzadə qeyd edib ki, ABŞ “regiondakı bütün problemlərin və qeyri-sabitliyin mənbəyidir”. İranın müdafiə naziri həmçinin Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Rusiya Federasiyasına verdiyi dəstəyə görə təşəkkür edib.