İstanbul və İzmir Respublika Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat keçirib.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki,həyata keçirilən əməliyyatda aralarında həqiqi hərbi xidmətdə olan 158 şübhəli saxlanılıb.
Belə ki, İstanbul Respublika Baş Prokurorluğundan verilən yazılı açıqlamada Türkiyə Silahlı Qüvvələrinə (TSK) sızmış FETÖ üzvlərinin olduğu və hamısının deşifrə edilmədiyi bildirilib. Bu baxımdan Türkiyə daxilində 80 vilayətdə FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib.
Bildirilir ki, İstanbul Respublika Prokurorluğu İstanbul, İzmir və digər 41 vilayətdə 16-sı Hava Qüvvələri Komandanlığından, 86-sı Quru Qoşunları Komandanlığından, 6-sı Dəniz Qüvvələri komandanlığından, 116-sı polkovnik, 27 kapitan, 5 leytenant, 1 çavuş, 2 hərbi məktəblərin tələbəsi və 174 həqiqi hərbi xidmət hərbi qulluqçusu barəsində saxlanılma əmri çıxarılıb.
Sözügedən şübhəlilərdən 158-nin nəzarətə alındığı, digərlərinin tutulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.