ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəsi pozduğunu və onlardan narazı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, o, bunu NATO sammitinə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Tramp həm İran, həm də İsrailin bir neçə saat əvvəl elan etdiyi atəşkəsi pozduğunu və hər iki ölkədən, xüsusən də İsraildən narazı olduğunu söylədi", -
Bundan əlavə, Tramp özünün Truth Social sosial şəbəkəsində İsraili İrana bomba atmamağa çağırıb. Onun sözlərinə görə, bu, atəşkəs rejiminin ciddi şəkildə pozulması olardı.