İsrailin İrana zərbələrini davam etdirməsi atəşkəsin ciddi şəkildə pozulması olardı.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth sosial səhifəsində bildirib.
"O bombaları atmayın. Əgər atsanız, atəşkəsi ciddi şəkildə pozmuş olarsınız", - Amerika lideri yazıb.
İsrail “sakitləşməlidir”, Tramp vurğulayıb, əks halda Vaşinqton müdaxilə etməli olacaq. "Yoxsa mən onları buna məcbur edəcəm", - Ağ Ev rəhbəri əlavə edib.
Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası İranın İsraili məğlub etdiyini, onu məğlubiyyətini etiraf etməyə və təcavüzünə birtərəfli qaydada son qoymağa məcbur etdiyini bildirib.