Вернуться назад Распечатать

"AES təhlükəsizlik problemləri yaradır" - Qriqoryan etiraf etdi

"Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından regionun blokunun açılması mühüm əhəmiyyət kəsb edir". 

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan açıqlayıb. 

O, enerji sisteminin inkişafında əsas problemin Ermənistanın qlobal enerji ötürücü şəbəkələrinə qoşulmaması olduğunu vurğulayıb: "Əgər qoşulmasaq, biz yerli istehsal və istehlak çərçivəsində qalırıq ki, bu da çox baha başa gəlir.

AES-in az istehlak və bağlı sərhədlər şəraitində səmərəli işləməsi həm xərclər, həm də təhlükəsizlik baxımından da problemlər yaradır".