Вернуться назад Распечатать

Biləsuvarda minik avtomobili traktorla toqquşdu - Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, qəza Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Nəticədə avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.