Вернуться назад Распечатать

NATO-nun Haaqa sammitinin yekun bəyanatı onilliklər ərzində rekord dərəcədə qısadır

1xeber.media xəbər verir ki, İyunun 25-də Haaqada baş tutan NATO sammitinin yekun bəyanatı son bir neçə onilliyin ən qısa bəyanatı olub, o, cəmi beş bənddən ibarətdir.

Belə ki, sənəd alyansın Ukraynaya hərbi yardım göstərməyə davam edəcəyini, həmçinin onun müdafiə sənayesini maliyyələşdirəcəyini açıqlayıb. Bununla belə, ölkənin alyansa daxil olmasından söz açılmayıb.

"NATO ölkələri Ukraynanı dəstəkləmək üçün sarsılmaz suveren öhdəliyini bir daha təsdiqləyir, və bu məqsədlə NATO ölkələrinin müdafiə xərclərini hesablayarkən Ukraynanın müdafiəsinə və onun müdafiə sənayesinə birbaşa töhfələr daxil olacaq", - NATO-nun saytında yerləşdirilən sammitin bəyannaməsində deyilir.