Göygöldə qadın yol qəzasında xəsarət alıb.
1xeber.media məlumatına görə, hadisə Göygöl rayon məhkəməsinin qarşısında qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1990-cı il təvəllüdlü A.Məmmədovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.