Вернуться назад Распечатать

SON DƏQİQƏ-İran sərhədlərini bağlamağa başladı

İran dünəndən etibarən sərhəd-keçid məntəqələri və zastavalarını gücləndirməyə başlayıb.

1xeber.media xəbər verir ki, artıq dünən bir neçə istiqamətdə zastavaların sayı artırılıb.

Bundan başqa, ölkəyə giriş və çıxış zamanı yoxlamalar da sərtləşdirilib. Rəsmi qaynaqlar bu barədə hər hansı şərh vermirlər. Lakin müşahidəçilər hesab edirlər ki, bu addımın atılması 12 günlük müharibə zamanı İsrail kəşfiyyatının taktikası ilə bağlıdır. Belə ki, İran MOSSAD-ın xeyli üzvünün ölkəyə sıxdığını, bəzilərinin isə sərhəddən asanlıqla keçdiyini təsdiqləyir. Görünür, həmin şəxslərin ölkədən çıxa biləcəyini düşünərək, gücləndirməni həyata keçirirlər.