Вернуться назад Распечатать

İsrail Hizbullahın iki komandirini məhv etdi

İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib.

1xeber.media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, ilk zərbə Livanın Baraşit kəndi yaxınlığında endirilib və nəticədə Hizbullahın “Radvan” elit qüvvələrin bölmələrindən birinin komandiri məhv edilib. İki saat sonra Beyt Lif kəndi ərazisində Hizbullahın hərbi birləşmələrinin daha birinin komandiri öldürülüb.